İsrail hakimiyyəti ölkənin “müharibə vəziyyətinə” keçirilməsi qərarını təsdiqləyib
İsrail hakimiyyəti ölkənin “müharibə vəziyyətinə” keçirilməsi qərarını təsdiqləyib. AYNA xarici mediaya istinadən bildirir ki, bu, böyük hərbi əməliyyatların başlanmasını nəzərdə tutur.
İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin yaydığı məlumatda qeyd olunub ki, Hərbi-Siyasi Nazirlər Kabineti dünən axşam müharibə vəziyyətinə keçidi və müvafiq olaraq, böyük hərbi əməliyyatların başlanmasını təsdiqləyib.