İsrail qoşunlarını Qəzzanın cənubundan çıxarır

Dünya

07.04.2024 - 23:58

Həkimlər Klinikalar SEO Xidməti

İsrail Müdafiə Qüvvələri 98-ci diviziyasını geri çəkdiyini açıqlayıb

Aprelin 7-nə keçən gecə İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının cənubundan quru qoşunlarının bir hissəsini çıxarıb. Bu barədə AYNA yerli “Kan” radiostansiyasına istinadən bildirir.

Söhbət son 4 aydır Xan Yunisdə hərbi əməliyyatlar aparan 98-ci diviziyadan gedir. Radiostansiyanın məlumatına görə, hazırda İsraili sahillə birləşdirən və Qəzza zolağının ortadan ikiyə bölünən dəhlizin təhlükəsizliyini təmin edən yalnız 162-ci diviziya və Nahal briqadası qalıb.

İsrail ordusu anklavdan qoşunların çıxarılması qərarının İsrailə, o cümlədən ABŞ Prezidenti Co Baydenin siyasi təzyiqi ilə bağlı olmadığını bildirib. Hərbçilər qeyd ediblər ki, “Xan Yunisdə əsas fəaliyyət tükənib” və məqsədyönlü reydlər kəşfiyyat məlumatı aldıqdan sonra ən effektivi olaraq qalır.

Ordu "lazım olduqda" Xan Yunisə qayıdacaq və Rəfah da daxil olmaqla digər bölgələrdə əməliyyatları davam etdirəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş