Aprelin 6-da Qəzza zolağında dörd İsrail əsgəri həlak olub
İsrail Müdafiə Qüvvələrinin (IDF) bütün hərbi münaqişə zamanı Fələstinin radikal HƏMAS hərəkatı ilə döyüşlərdə itkiləri 604 nəfərə çatıb. AYNA xəbər verir ki, bu barədə ordunun Mətbuat Xidmətinin məlumatında qeyd edilib.
Son məlumatlara görə, aprelin 6-da Qəzza zolağında dörd İsrail əsgəri həlak olub. Bütün itkilər anklavın cənubunda qeydə alınıb. Belə ki, Qəzzada quru əməliyyatı başlayandan bəri İDF 260 şəhid verib.
Qeyd edək ki, Yaxın Şərqdə insident ötən il oktyabrın 7-də HƏMAS yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə sızmasından və girov götürülməsi ilə müşayiət olunandan sonra daha da genişlənib. İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə radikallar belə cavab veriblər. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək, anklav və Livan və Suriyanın müəyyən bölgələrinə qarşı cavab tədbirləri görməyə başlayıb.