Netanyahu: “Bu qələbə üçün Rəfaha daxil olmaq və orada qalan terrorçu batalyonları məhv etmək lazımdır”
İsrail Müdafiə Qüvvələrinin (İDF) Fələstinin Misirlə sərhəddə yerləşən Rəfah şəhərinə daxil olacağı tarix artıq razılaşdırılıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
Baş nazirin sözlərinə görə, ona girovların azad edilməsi ilə bağlı Qahirədə aparılan danışıqların nəticələri barədə məlumat verilib.
Netanyahu əmin edib ki, İsrail öz məqsədlərinə nail olmaq üçün çalışır: girovları azad etmək və Fələstinin HƏMAS hərəkatı üzərində tam qələbəyə nail olmaq.
“Bu qələbə üçün Rəfaha daxil olmaq və orada qalan terrorçu batalyonları məhv etmək lazımdır. Bu, baş verəcək, razılaşdırılan tarix var”, - Netanyahu bildirib və dəqiq tarix göstərməyib.
Bundan əvvəl Baş nazir Vaşinqtonun köməyi olmadan Rəfaha daxil olmağa hazır olduğunu ABŞ-a bildirmişdi.