General: “Oradakı mülki insanlar su, qida və dərman ala biləcəklər”
İsrail Müdafiə Qüvvələri yenidən Qəzza zolağının şimalındakı mülki əhalini lazımi humanitar yardımı ala biləcəkləri cənuba köçməyə çağırıb. AYNA “Times of Israel” qəzetinə istinadən xəbər verir ki, bu barədə Müdafiə Qüvvələrinin sözçüsü, briqada generalı Daniel Həqari bildirib.
Həqari vurğulayıb ki, daha təhlükəsiz əraziyə köçmək müvəqqəti tədbir olacaq.
General qeyd edib ki, oradakı mülki insanlar su, qida və dərman ala biləcəklər.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi Qəzza zolağında qurudan hərbi əməliyyatın keçirilməsinin zəruriliyini açıqlamışdı. O bildirib ki, müharibənin məqsədləri qeyri-adi əməliyyat tələb edir.