Hücum nəticəsində bir neçə nəfər həlak olub
İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalındakı Cəbəliyə şəhərindəki qaçqın düşərgəsinə raket zərbəsi endirib. AYNA xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Hücum nəticəsində bir neçə nəfər həlak olub. Qurbanların sayı dəqiqləşdirilir.
Qeyd edək ki, ötən ilin dekabr ayında İsrail ordusunun Qəzza zolağının şimalındakı qaçqın düşərgəsinə endirdiyi zərbələr nəticəsində azı 90 nəfər həlak olub.