İsrail ordusu Livanın cənubuna zərbələr endirib

Dünya

11.10.2025 - 15:14

““Hizbullah”ın avadanlığının və fəaliyyətlərinin bölgədə olması İsrail və Livan arasında razılaşmaların pozulması deməkdir”

İsrail ordusu Livanın cənubuna zərbələr endirib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə İsrail ordusunun sözçüsü deyib.

Bildirilib ki, ərazidə “Hizbullah” yaraqlılarına aid infrastruktur və mücahidlərin öz strukturlarını bərpa etmək üçün istifadə etdiyi mühəndis avadanlıqları var.

““Hizbullah”ın avadanlığının və fəaliyyətlərinin bölgədə olması İsrail və Livan arasında razılaşmaların pozulması deməkdir”, - deyə İsrail Müdafiə Nazirliyindən qeyd edilib.

“Al-Mayadeen” telekanalı xəbər verib ki, hücum nəticəsində bir nəfər həlak olub, daha bir neçə nəfər yaralanıb.

Hava zərbələri Musaylih və Nəccariyə şəhərləri arasında endirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş