“Hərbi əməliyyatlar müəyyən edilmiş planlar üzrə aparılır”
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında hücumlarını davam etdirir və HƏMAS yaraqlılarına qarşı döyüşərək hərbi əməliyyatları genişləndirir. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqari deyib.
Haqari əlavə edib ki, İsrail ordusu Qəzzanın şimalında HƏMAS-ın müdafiə xətlərini məhv edir və həmçinin zolağın mərkəzi ərazilərinin təhlükəsizliyini təmin etmək üçün çalışır.
“Hərbi əməliyyatlar müəyyən edilmiş planlar üzrə aparılır”, - deyə rəsmi qeyd edib.