İsrail Livanla sərhəddə sakinlərin təxliyyə edildiyini açıqlayıb

Dünya

16.10.2023 - 12:30

cedabet dərman SEO Xidməti

Sərhəddəki 28 yaşayış məntəqəsindən sakinlərin təxliyyə edilir

İsrail Livanla sərhəddəki 28 yaşayış məntəqəsindən sakinlərin təxliyyə edildiyini açıqlayıb. AYNA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin “Telegram” kanalı məlumat yayıb.

"Müdafiə Nazirliyi və İsrail Müdafiə Qüvvələri Livan sərhədindən iki kilometr şimal məsafədə yaşayan İsrail vətəndaşlarını hökumət tərəfindən maliyyələşdirilən qonaq evlərinə təxliyə etmək planını həyata keçirir”, açıqlamada qeyd olunub.

Bundan əvvəl Livan Hizbullah hərəkatı İsrail Müdafiə Qüvvələrinə məxsus Merkava tankını sıradan çıxarıb. Hizbullah hərbçiləri tank əleyhinə raketlərlə hücuma keçib. Tank Livan və İsrail sərhədi yaxınlığındakı hərbi obyektdə yerləşirdi. Livan hərəkatının Mətbuat Xidməti qeyd edib ki, birbaşa zərbədən sonra ekipaj arasında ölənlər olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş