“Biz hazırlaşırıq, heç bir isteriya yoxdur”
İsrail İranın Dəməşqdəki konsulluğuna son hücuma İranın mümkün reaksiyasına hazırlaşır. AYNA xəbər verir ki, bu barədə “i24 News” kanalı İsrail mənbəsinə istinadən məlumat yayıb.
“Biz hazırlaşırıq, heç bir isteriya yoxdur”, - deyə mənbə qüye edib.
Daha əvvəl bildirilib ki, İsrail Müdafiə Qüvvələrinin komandanlığı vəziyyətin operativ qiymətləndirilməsinə uyğun olaraq, bütün döyüş hissələrinin hərbi qulluqçularının məzuniyyətlərinin müvəqqəti ləğvi barədə göstəriş verib.
Qeyd edək ki, bazar ertəsi Suriya Müdafiə Nazirliyi İsrailin İranın Dəməşqdəki Baş Konsulluğunun binasına hava zərbəsi endirdiyini bildirib. İranın Suriyadakı səfiri Hüseyn Əkbərinin iqamətgahı da konsulluq binasında olub. Səfir xəsarət almayıb.
Suriya Müdafiə Nazirliyinin açıqlamasına görə, hücum nəticəsində konsulluq binası dağılıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iki yüksək rütbəli baş məsləhətçi də daxil olmaqla, 7 SEPAH zabitinin öldürüldüyünü bildirib.
İran prezidenti İbrahim Rəisi bildirib ki, İsrail hücuma görə ağır bədəl ödəyəcək.