İsrail İrana zərbə endirə bilər: ABŞ xəbərdar edilib

Dünya

09.02.2026 - 15:27

İsrail Müdafiə Nazirliyinin nümayəndələri bu məlumatı ötən həftə Pentaqon rəsmilərinə çatdırıblar

İsrail hakimiyyəti ABŞ-ı yəhudi dövlətinin zəruri hallarda Vaşinqtonun iştirakı olmadan İrana birtərəfli zərbə endirə biləcəyi ilə bağlı xəbərdar edib. AYNA.AZ xəbər verir ki, bu barədə İsrailin "The Jerusalem Post" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, İsrail Müdafiə Nazirliyinin nümayəndələri bu məlumatı ötən həftə Pentaqon rəsmilərinə çatdırıblar. İsrail Vaşinqtona İranın ballistik raket proqramı ilə bağlı müəyyən şərtlər yerinə yetirilərsə, tətbiq edə biləcəyi zərbə planlarını təqdim edib.

"Biz amerikalılara dedik ki, İran ballistik raket məsələsində müəyyən etdiyimiz qırmızı xətti keçərsə, birtərəfli zərbə endirəcəyik", - deyə İsrailin hərbi və siyasi rəhbərliyindəki mənbə qəzetə bildirib.

O qeyd edib ki, İsrail hələlik təcili zərbə üçün şərtlər görmür, lakin vəziyyəti izləməyə davam edir. İsrail rəsmiləri Vaşinqtonla dialoqlarında İranla bağlı hərəkət azadlığını qoruduqlarını vurğulayıblar.

Eyni zamanda, qəzet yazır ki, İsrail hakimiyyəti ABŞ İrana zərbə endirmək qərarına gəlsə belə, bu zərbələrin məhdud və simvolik olacağından qorxur ki, bu da mövcud İsrail hökumətinin mövqeyinə ziddir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş