İsrail İran PUA-larına qarşı mübarizədə Ukraynanın köməyindən imtina edib

Dünya

23.06.2024 - 12:22

Həkimlər Klinikalar SEO Xidməti

Təl-Əviv ukraynalı həmkarlarından bir neçə sorğu alıb, lakin onlara məhəl qoymayıb

Ukrayna İranın pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizədə İsrailə yardım təklif etsə də, Təl-Əviv bundan imtina edib. AYNA xəbər verir ki, bu barədə N12 telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Ukrayna pilotsuz uçan aparatları tədqiq edə bilən və öz PUA əleyhinə sistemlərini sınaqdan keçirə bilən israilli mütəxəssisləri ölkəyə dəvət etməyi planlaşdırırdı. Öz növbəsində Kiyev bunun müqabilində ən son texnologiyalar alacağını gözləyirdi.

Lakin İsrail bu ideyanı ciddi qəbul etmədi. Təl-Əviv ukraynalı həmkarlarından bir neçə sorğu alıb, lakin onlara məhəl qoymayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş