İsrail hökuməti: Qəzzaya humanitar yardım aparan yük maşınları yoxlanır

Dünya

31.10.2023 - 16:35

cedabet dərman SEO Xidməti

80 yük maşınının Rəfah keçid məntəqəsindən Qəzzaya daxil olması üçün yoxlamadan keçirilməsinə başlanıb

Qəzzaya humanitar yardım, dərman, ərzaq və su daşıyan yük maşınları Misirlə sərhəddə yerləşən Rəfah keçid məntəqəsindən Qəzza zolağına daxil olmamışdan əvvəl yoxlanılır. AYNA xəbər verir ki, bu barədə İsrail hökumətinin Fələstin Ərazilərindəki Fəaliyyətlərinin Əlaqələndirilməsi İdarəsinin “X” sosial şəbəkə hesabında məlumat yayılıb.

“Hərbi əməliyyatların başlanmasından bəri ən böyük yardım göndərişi: dərman, qida və su olan 80 yük maşınının Rəfah keçid məntəqəsindən Qəzza zolağına daxil olması üçün yoxlamadan keçirilməsinə başlanıb”, - məlumatda qeyd olunub.

Bundan əvvəl İsrail Qəzzaya humanitar yardımın Fələstinin radikal HƏMAS hərəkatının yaraqlılarının əlinə keçəcəyi təqdirdə çatdırılmasına mane olacağını açıqlamışdı. Qeyd olunub ki, Misir vasitəsilə gətirilən bütün yardımlar yalnız anklavın mülki əhalisi üçün nəzərdə tutulub və İsrail təhlükəsizlik rəsmiləri tərəfindən yoxlanılmalıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş