İsrail HƏMAS-la barışıq üçün yeni şərt irəli sürüb

Dünya

26.07.2024 - 14:22

Həkimlər Klinikalar SEO Xidməti

İsrailin yeni atəşkəs şərti danışıqları çətinləşdirib

İsrail Fələstinin radikal HƏMAS hərəkatı ilə sülh bağlamaq üçün yeni şərt irəli sürərək danışıqları çətinləşdirib. AYNA xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, İsrail Qəzza zolağından anklavın cənubundan şimala qayıdan mülki şəxslərin müayinədən keçirilməsini tələb edib. Qərb rəsmilərindən olan mənbə “yoxlama mexanizmi” yaratmaq istəyini İsrail hakimiyyətinin əhalinin geri qayıdan hissəsinin HƏMAS-ı dəstəkləyə biləcəyindən ehtiyat etməsi ilə əlaqələndirib. O əlavə edib ki, Fələstin hərəkatı artıq bu tələbi rədd edib.

Mənbələr həmçinin “Reuters”ə bildiriblər ki, İsrail hərbi əməliyyatların dayandırılmasının şərti kimi Qəzza ilə Misir arasındakı sərhədə nəzarətin təmin edilməsini göstərib. Qahirə bu tələbi atəşkəs razılaşmasının əhatə dairəsindən kənar hesab edirdi.

Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-ın vitse-prezidenti Kamala Harrisin onu HƏMAS ilə tez bir zamanda saziş bağlamağa çağırması səbəbindən məyus olması məlum olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş