Yerli sakinləri evlərdən çıxmamaq tövsiyə olunub
İspaniyanın Kataloniya muxtar vilayətinin Tarraqon şəhərində neft-kimya zavodunda güclü partlayış olub.
AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, partlayışda ölən və yaralananlar barədə hələlik məlumat yoxdur. Yerli sakinləri kimyəvi zəhərlənmə təhlükəsi səbəbindən evlərdən çıxmamaq, qapı və pəncərələri bağlamaq tövsiyə olunub.
Partlayış nəticəsində bir nəfər ölüb, 6 nəfər yaralanıb.
Hadisə yerinə yanğınsöndürənlər göndərilib.