İspaniyada nazir koronavirusa yoluxub

Dünya

12.03.2020 - 15:28

Həkimlər Klinikalar SEO Xidməti

Baş Nazirin müavini də Covid-19 şübhəsi ilə nəzarətə alınıb

 

İspaniyalı nazir İrene Monteronun koronavirusa yoluxduğu xəbəri yayılıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu hadisənin ardınca Baş Nazirin müavini, Pordemos Partiyasının lideri Pablo İqlesias da Covid-19 şübhəsi ilə nəzarətə alınıb və onun ailə üzvləri də karantinə götürülüb.

 

Maraqlısı ondadır ki, İspaniyanın Baş Naziri Pedro Sançez Covid-19 səbəbindən jurnalistlərlə birbaşa deyil, “Skype” vasitəsilə təmas quraraq, sualları cavablandırıb.

 

Bu arada qeyd edək ki, İspaniyanın keçmiş parlament sədri və bir müddət əvvəl Səhiyyə naziri olmuş Ana Pastorda da koronavirus aşkarlanıb.

 

Hazırda İspaniyada 2200 nəfərdə bu virusa yoluxma faktı qeydə alınıb və 56 nəfər ölüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş