İspaniya karantindən çıxır

Dünya

05.06.2020 - 18:51

Restoran və kafelər insanların isifadəsinə veriləcək

 

İspaniyada pandemiya ilə bağlı normallaşma prosesi sürətlənib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Madrid və pandemiyanın ən çox təsir etdiyi Barselonada qadağa və məhdudiyyətlərin aradan qaldırılacağı açıqlanıb.

 

İspaniya Səhiyyə naziri Salvador İlla bu barədə mətbuat konfransında məlumat verib. O, bazar ertəsindən etibarən restoran və kafelərin insanların isifadəsinə veriləcəyini, uşaqların istədiyi vaxt küçəyə çıxacağını, həmçinin əvvəllər tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılacağını bildirib.

 

Qeyd edək ki, İspaniyada bu günə qədər 27 mindən çox insan koronavirusdan dünyasını dəyişib.

Müəllif: Ayna.az