İspaniya da maskadan istifadəni məcburi etdi

Dünya

20.05.2020 - 17:15

cedabet Klinikalar SEO Xidməti

Yeni qayda yalnız 6 yaşdan aşağı uşaqlara şamil edilmir

 

İspaniyada da maskadan istifadə məcburi olub. AYNA xarici KİV-ə əsasən xəbər verir ki, ölkə karantin tədbirlərini yumşaltsa da, sosial uzaqlaşma, məsafə və maskadan istifadə tədbirlərinə nəzarəti dayandırmayıb.

 

Yeni qayda yalnız 6 yaşdan aşağı uşaqlara şamil edilmir. Başqa Avropa ölkələrində sərt karantin rejimi ləğv edildikdən sonra yalnız ictimai nəqliyyatda maskadan istifadəni məcbur etsə də, İspaniya ikinci virus dalğasından ehtiyyat edərək belə tədbirə əl atıb.

 

Qeyd edək ki, İspaniya 132 mindən çox yoluxma və 28 min ölüm faktı ilə Avropada ilk sırada yer alır. Ölkə sərt karantin tədbirlərinə görə fərqlənib. Ölkədə 6 həftə ərzində uşaqların küçəyə çıxması qəti qadağan edilmişdi.

 

Baş nazir Pedro Sançes çərşənbə günü parlamentə müraciət edərək karantinin hələ də davam etdiyini və maska istifadəsi məcburiyyətinin daha iki həftə uzadıldığını bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş