Bir nəfər xəsarət alıb
İsmayıllıda ev yanıb, 1 nəfər xəsarət alıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, İsmayıllı rayonunun Mücühəftəran kəndində ümumi sahəsi 168 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.