İsmayıllıda dağlıq ərazidə baş verən yanğın söndürülüb

Hadisə

31.08.2021 - 13:16

Beş hektar sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb

 

İsmayıllı rayonu, Sərdahar kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində söndürülüb.

 

FHN-dən AYNA-ya verilən məlumata görə, yanğın nəticəsində ümumilikdə, təqribən beş hektar sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.

 

Relyefin mürəkkəbliyinə baxmayaraq, görülmüş tədbirlər sayəsində yanğının genişlənərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb.

Müəllif: Ayna.az