İsmayıllıda bir tondan çox çətənə kolu məhv edilib

Xəbərlər

26.08.2021 - 13:51

Çətənə bitkiləri kökündən çıxarılıb və yandırılıb

 

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Cülyan kəndi ərazisində yabanı halda bitən çətənə kolları aşkar olunub.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, ümumi çəkisi 1 ton 565 kiloqram olan 1 711 ədəd narkotik tərkibli çətənə bitkiləri kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Müəllif: Ayna.az