İslamiadada Azərbaycanın cüdo yığması komanda yarışının qalibi olub

İdman

11.11.2025 - 00:25

Milli komandamız qızıl medal uğrunda qarşılaşmada Özbəkistan kollektivi ilə üz-üzə gəlib

Azərbaycanın cüdo yığması Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qarışıq komanda yarışında final görüşünə çıxıb.

AYNA.AZ xəbər verir ki, milli komandamız qızıl medal uğrunda qarşılaşmada Özbəkistan kollektivi ilə üz-üzə gəlib. Rəqibini 4:0 hesabı ilə məğlub edən yığmamız İslamiadanın qalibi olub.

Azərbaycan millisinin heyətində Fidan Əlizadə (57 kiloqram), Hidayət Heydərov (73 kiloqram), Südabə Ağayeva (70 kiloqram) və Elcan Hacıyev (90 kiloqram) öz görüşlərini qələbə ilə başa vurublar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş