Əksər futbolçuları koronavirusa yoluxan komanda dekabrın 10-da keçirilməli olan oyuna getməyib
UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun “Vilyarreal” – “Qarabağ” matçı ilə bağlı qərarını açıqlayıb.
AYNA xəbər verir ki, Ağdam təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.
Qeyd edək ki, Ağdam təmsilçisi əksər futbolçularının koronavirusa yoluxmasını əsas gətirərək dekabrın 10-da İspaniyada keçirilməli olan bu oyuna yollanmaqdan imtina etmişdi. Bu üzdən də UEFA-nın bu qərarı gözlənilən idi.
Qeyd edək ki, “Vilyarreal” bu qələbə sayəsində 16 xalla İ qrupunda birinci olub. Sözügedən komanda Avroliqanın 1/16 finalında Avstriya “Zalsburq”u ilə qarşılaşacaq. “Qarabağ” isə 1 xalla qrup sonuncusu olub.