Mehriban Əliyeva: "Azərbaycan növbəti böyük uğura imza atıb!"

İdman

04.10.2019 - 22:32

Mehriban Əliyeva Teymur Rəcəbovu təbrik edib

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizin şahmat tarixində ilk dəfə Dünya Kubokuna sahib olan Teymur Rəcəbovu "İnstagram" səhifəsində təbrik edib.

 

AYNA xəbər verir ki, təbrikdə deyilir: “Azərbaycan növbəti böyük uğura imza atıb! Gənc istedadımız Teymur Rəcəbov şahmat üzrə Dünya Kubokunda ölkəmizi layiqincə təmsil edərək parlaq qələbə qazanıb. Bütün Azərbaycan xalqının sevincinə səbəb olan bu möhtəşəm qələbə münasibətilə Teymuru səmimi-qəlbdən təbrik edirəm!”.

Müəllif: Ayna.az