İrlandiyada “X” platformasının fəaliyyəti araşdırılır

Dünya

14.11.2025 - 09:32

Araşdırma Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktının tələblərinə uyğunluğun yoxlanılması məqsədi daşıyır

İrlandiyada “X” sosial media platforması ilə bağlı araşdırma başlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, araşdırma Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktının (DSA) tələblərinə uyğunluğun yoxlanılması məqsədi daşıyır.

Bu qanun onlayn platformalara qanunsuz və zərərli kontenti bloklamaq öhdəliyi qoyur. Əgər DSA-nın pozulması faktı müəyyən olunsa, sosial şəbəkəyə şirkətin qlobal illik dövriyyəsinin 6 faizi həcmində cərimə tətbiq oluna bilər.

İrlandiyanın media və internet üzərində nəzarət orqanı olan “Coimisiún na Meán” açıqlamasında bildirib ki, “X” şirkətinin DSA tələblərini pozması ilə bağlı narahatlığını “HateAid” qeyri-kommersiya təşkilatı da bölüşür.

“HateAid” 2023-cü ildə berlinli bir tədqiqatçı adından “X”a qarşı iddia qaldırmışdı. Belə ki, həmin tədqiqatçının platformaya girişi dəfələrlə məhdudlaşdırılmışdı.

Tənzimləyici qurum sosial şəbəkənin kontent moderasiyası ilə bağlı qərarların apel¬lyasiyaya vermək imkanı olmadığı barədə xəbərləri, həmçinin platformanın şikayətlərin emalında daxili sistemlərə çıxışla bağlı problemləri araşdıracaq.

Bu, İrlandiya tənzimləyicisi tərəfindən DSA çərçivəsində aparılan ilk rəsmi araşdırmadır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş