İrəvanda qarşıdurma: hökumət maşınları aksiyaçıların üzərinə sürüldü

Dünya

24.12.2020 - 15:27

Həkimlər Klinikalar SEO Xidməti

Ermənistan müxalifəti Baş nazirin istefası tələbi ilə mitinq keçirir

 

Ermənistanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət tərəfdarları yenidən İrəvandakı hökumət binasının qarşısında toplaşıblar. Bu barədə AYNA “Sputnik Ermənistan”a istinadən məlumat verir.

 

Meydana Vətənin Qurtuluşu Hərəkatının tərəfdarları gəliblər. Aksiya iştirakçısı Artsvik Minasyan hökumət üzvlərinin vəzifəyə gəlməzdən əvvəl and içdikləri andın mətnini oxuyub və məmurların vətəndaşların tələblərini yerinə yetirməli olduqlarını xatırladıb. Müxalifətçiyə görə, əsas tələb Paşinyanın istefasıdır.

 

“Hər bir hökumət üzvü bunu qanuni tələb kimi qəbul etməlidir. Bunu yerinə yetirməsəniz, yalançı olacaqsınız və xalqın əleyhinə çıxacaqsınız”, Minasyan bildirib.

 

Dekabrın 23-də müxalifət hökumət binasını mühasirəyə alacağını bildirsə də, təhlükəsizlik qüvvələri bunun qarşısını alıb.

Məlumatda o da bildirilir ki, hökumət maşınları etirazçıların üzərinə sürülüb. Etirazçılar maşınlara qartopu atıblar. Aksiya zamanı 69 müxalifətçinin saxlanıldığı bildirilib. Polislər aksiya iştirakçılarının qarşısını zor tətbiq etməklə alıb. Müxalifət nümayəndələri aksiyanın gün ərzində davam edəcəyini deyib.

 

Qeyd edək ki, Paşinyanın istefasını tələbi ilə ay yarımdır ki, aksiyalar keçirilir. Baş nazir, Rusiya və Azərbaycan liderləri ilə birlikdə Dağlıq Qarabağda atəşkəs bəyanatı imzaladıqdan sonra ölkədə etirazlar başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş