İrəvanda itaətsizlik aksiyaları başlayıb

Dünya

10.05.2024 - 11:28

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda İravanın Respublika meydanında çoxlu polis var

Ermənistanda dinc itaətsizlik aksiyaları başlayıb. AYNA erməni mediasına istinadən bildirir ki, bu çağırışı dünən arxiyepiskop Baqrat Qalstanyan edib.

Bildirilib ki, hazırda İravanın Respublika meydanında çoxlu polis var.

Xatırladaq ki, bir gün əvvəl arxiyepiskop Baqrat Qalstanyan bütün mümkün yerlərdə itaətsizlik aksiyaları elan edib.

“Tələbələrə, universitetlərə, pulu ən yüksək dəyər hesab etməyən bütün iş adamlarına deyirəm, əzizlərim, sizi tətilə çağırıram”, - deyə Qalstanyan deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş