İrəvanda əsgər anaları ayağa qalxdı: “Uşaqlarımızı qaytarın!”

Dünya

27.11.2020 - 16:08

“Laçın təslim edildikdən sonra sərhədlər bağlanacaq, uşaqlarımız orada qalacaqlar”

 

Qarabağda hərbi xidmət keçən erməni əsgərlərin valideynləri İrəvanda Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər. AYNA xəbər verir ki, əksəriyyəti əsgər anası olan aksiyaçılar aksiyanın daha geniş şəkildə Hökumət Evinin qarşısında keçirəcəklərini bildiriblər.

 

Etirazçıların əsas tələbi ərazilər Azərbaycana təhvil verilmədən əvvəl Qarabağda olan əsgər uşaqlarının geri qaytarılmasıdır.

 

“Laçın 1 dekabra qədər təslim ediləcək. Bu gün uşaqlarımızı geri qaytarsınlar. Laçın təslim edildikdən sonra sərhədlər bağlanacaq, uşaqlarımız orada qalacaqlar. Övladlarımızın döyüşdə iştirak edən əsgərlərin taleyini yaşamayacaqlarına zəmanətimiz yoxdur”, - deyə əsgər analarından biri söyləyib.

 

Onun sözlərinə görə, nəticə əldə etmək üçün Hökumət Evinin qarşısında mitinq keçirmək niyyətindədirlər.

 

Müəllif: Ayna.az