İrəvanda aksiya: Paşinyan istefaya çağrılır

Dünya

19.09.2023 - 18:33

Həkimlər Klinikalar SEO Xidməti

Ermənistan paytaxtında Baş nazirə qarşı aksiya aksiya keçirilib

İrəvanın mərkəzində etiraz aksiyası keçirilir. AYNA erməni mediasına istinadən bildirir ki, Ermənistan paytaxtının mərkəzi meydanında toplaşan kütlə Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror əməliyyatı ilə bağlı Ermənistana hakimiyyətinə etiraz ediblər.

Onlar Nikol Paşinyan hakimiyyətinin istefa verməsini tələb edərək hökumət binasına daxil olmağa cəhd göstəriblər.

Bu zaman etirazçılarla polis arasında toqquşma olub.

Aksiyanın davam etdiyi barədə məlumatlar var.

Müəllif: Ayna.az