Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tədbirlər görülür
İraqda koronavirus infeksiyasının yayılması ilə əlaqədar komendant saatı tətbiq ediləcək.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, komendant saatı 22 maydan qüvvəyə minəcək və 30 maya qədər davam edəcək.
İraq sakinləri müqəddəs Ramazan bayramından sonra üçgünlük tətili də evdə keçirəcəklər. Yaxın Şərqin əksər ölkələrində bayram mayın 24-də başa çatır.
Qeyd edək ki, İraqda 3 260 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 2 166 nəfər müalicə olunaraq sağalıb, 121 xəstə ölüb.