İraq hökuməti beynəlxalq koalisiya qüvvələrinin havadan və qurudan hər hansı hərbi müdaxiləsinə icazə verməyəcək
İraq hakimiyyəti xarici qoşunların ölkədən çıxarılması üçün mexanizm hazırlamağa başlayıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə İraq silahlı qüvvələrinin sözçüsü Abdul Kərim Xələf Bağdadda keçirilən mətbuat konfransında məlumat verib.
"İraq hökuməti ABŞ qoşunlarının İraqdan çıxarılmasına başlayıb. Beynəlxalq koalisiyanın İraqdakı fəaliyyəti yalnız məsləhətləşmələr, silahlanma və hərbi personal hazırlığı ilə məhdudlaşacaq, silahlı qüvvələr İraqı tərk edəcək. Amerikanın son zərbələri axmaqlıqdır, bu məsələdə susmaq mümkün deyil”, - deyə Abdul Kərim bildirib.
O vurğulayıb ki, İraq hökuməti beynəlxalq koalisiya qüvvələrinin havadan və qurudan hər hansı hərbi müdaxiləsinə icazə verməyəcək.
Abdul Kərim Xələfin sözlərinə görə, amerikalılar əməliyyatları silahlı qüvvələrin ümumi komandanlığını xəbərdar etmədən, təkbaşına həyata keçirirmiş.