İranın Olimpiya nümayəndə heyəti Rəisinin adını daşıyacaq

Dünya

22.05.2024 - 11:28

Həkimlər Klinikalar SEO Xidməti

Nümayəndə heyəti İbrahim Rəisinin xatirəsinə ehtiram əlaməti olaraq “Xadəm ər-Rza” adlandırılıb

İranın Milli Olimpiya Komitəsi 2024-cü ildə Parisdə (Fransa) keçiriləcək Olimpiya Oyunlarında iştirak edəcək nümayəndə heyətini ölkənin helikopter qəzasında həlak olmuş Prezidenti İbrahim Rəisinin xatirəsinə ehtiram əlaməti olaraq “Xadəm ər-Rza” adlandırıb.

Bu barədə AYNA İran mediasına istinadən bildirir.

“Ölkəmizin Olimpiya Oyunlarında iştirak edən idman nümayəndə heyəti onun adını daşıyacaq”, - İran MOK-un məlumatında deyilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş