İranın iki şəhərində zəlzələ baş verib

Dünya

03.09.2020 - 05:31

Zəlzələ 4.1 bal gücündə olub

 

İranın Dezful və Əndimeşk  şəhərlərində zəlzələ baş verib. 

 

AYNA-nın Tehran bürosunun məlumatına görə, yeraltı təkanlar Dezful şəhərində  yerli vaxtla saat 21:20 dəqiqədə 3.8 bal gücündə qeydə alınıb.

 

Əndimeş şəhərində isə zəlzələ yerli vaxtla saat 21:29 dəqiqədə 4.1 bal gücündə olub.

 

Hələlik dəymiş ziyan və xəsarət alanlar barədə  məlumat verilməyib.

Müəllif: Ayna.az