İranın ABŞ-ın İraqdakı bazasına dron hücumu edib

Dünya

19.01.2024 - 14:42

cedabet dərman SEO Xidməti

Ərbil hava limanının yaxınlığında güclü partlayış baş verib

Ərbil hava limanının yaxınlığında (İraq Kürdüstanının qeyri-rəsmi paytaxtı) güclü partlayış baş verib. AYNA xarici mediaya istinadən bildirir ki, dron Ərbil hava limanı yaxınlığındakı hərbi bazaya hücum edib.

Ərbil hava limanından bir qədər aralıda partlayış səsi eşidilib. ABŞ konsulluğunda sirenlər işə düşüb.

Hələlik rəsmi mənbələrdən bu barədə heç bir təsdiq yoxdur.

“Al Arabia” telekanalı İraq Kürdüstanında Ərbil hava limanı yaxınlığındakı hərbi bazaya PUA-nın hücumuna məruz qaldığına aydınlıq gətirib.

“Ərbil hava limanı yaxınlığındakı hərbi bazaya pilotsuz təyyarə hücum edib... ABŞ konsulluğunda həyəcan siqnalı işə düşüb”, - telekanalın məlumatında qeyd edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş