Çəkisi 5 kiloqram 630 qram olan marixuananın qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. AYNA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən bildirilib.
Qeyd olunub ki, avqust ayının 5-də saat 19:32-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 5 kiloqram 630 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.