İranın Xarici İşlər Nazirliyi nüvə sazişi ilə bağlı yeni açıqlamalar verib
İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi İranın 2015-ci il nüvə sazişinə dair öhdəliklərini azaltmasına baxmayaraq, razılaşmada qalmağa davam etdiklərini söyləyib.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, Musəvi, bu barədə keçirdiyi həftəlik mətbuat konfransında bildirib.
İran XİN sözcüsü sazişi bərpa edə bilmədiklərinə görə Avropa İttifaqını da tənqid etməkdən çəkinməyib: “Tehran razılaşmada qalmaqda davam edir. Avropa İttifaqının İranın razılaşmanı pozduğuna dair iddiaları isə tamamilə əsassızdır”.
“İranın nüvə öhdəliklərini daha da azaltması, digər güclərdən və İranın maraqlarının necə təmin olunacağından asılı olacaq”, - deyə Musəvi əlavə edib.