“ABŞ və İsrail təslim olana qədər müharibə davam edəcək”
“İran ABŞ və İsrailin təslim olmasına nail olana qədər hərbi əməliyyatları davam etdirəcək”. AYNA.AZ “Mehr” xəbər agentliyinə istinadən bildirir ki, bu sözləri İranın “Xatəm əl-Ənbiya” hərbi komandanlığının Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfəqari deyib.
"Allaha təvəkkül edərək, bu müharibə sizin tam rüsvayçılığınıza, peşmançılığınıza, məğlubiyyətinizə və təslim olmağınıza qədər davam edəcək", deyə qeyd edib.