"Bögədə 35 ABŞ məntəqəsi əlimizin altındadır”
İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kirman şəhəri generalı Cumali Əbuhəmzə həmkarı Qasım Süleymaninin ölümünə qarşılıq olaraq ABŞ-ı təhdid edib.
AYNA xəbər verir ki, “Amerikalıları əlləri uzandıqları hər yerdə cəzalandıracağıq”, - deyə Cumali Əbuhəmzə bildirib.
General İranın potensial hücum planı körfəzdəki gəmilər olacaq: “ABŞ-ın döyüş gəmilərinin keçdiyi yeri bilirik. Artıq əlimizdə xeyli hədəf var. Tel Avivdən başqa bögədə 35 ABŞ məntəqəsi əlimizin altındadır”.
Xatırladaq ki, yanvarın 3-ü gecə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Quds” qanadının komandanı, general Qasım Süleymani Bağdad hava limanındakı bombardıman zamanı həlak olub. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) baş verənlərin məsuliyyətini üzərinə götürüb. Hadisənin Prezident Trampın təlimatı ilə törədildiyi bəyan edilib.
Hadisə ilə əlaqədar İranda 3 günlük mətam elan edilib.