Tramp"/>

"İrandakı təyyarə qəzası ilə bağlı şübhələrim var" - <font color=red> Tramp</font>

Dünya

10.01.2020 - 03:39

Həkimlər Klinikalar SEO Xidməti

"Bu faciədir. Amma kimsə səhv buraxa bilərdi"

 

ABŞ prezidenti Donald Tramp bildirib ki, onda Tehran yaxınlığında “Boeing 737-800”ün qəzaya uğramasının səbəbi ilə bağlı şübhələr var.

 

AYNA “Report”a istinadən xəbər verir ki, bununla yanaşı, dövlət başçısı qeyd edib ki, kimsə səhv buraxa bilərdi.

 

"Mənim öz şübhələrim var. Mən bu haqda danışmaq istəmirəm, bir halda ki, başqa insanlarda oxşar şübhələr var. Bu faciədir. Amma kimsə səhv buraxa bilərdi. Təyyarə kifayət qədər sərt ərazidə uçuş edirdi", - deyə Tramp jurnalistlərin sualına cavabında bildirib.

 

Onun fikrincə, qəzaya çətin ki, texniki nasazlıq səbəb olub.

 

Tramp eyni zamanda təyyarənin “qara qutuları”nın şifrəsinin açılmasını gözləməyə çağırıb. ABŞ prezidenti İran hakimiyyətinin onları “Boeing” şirkətinə verəcəyinə ümidini ifadə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş