İranda qadınlar izlənəcək: küçələrə kameralar quraşdırılır

Dünya

09.04.2023 - 16:49

cedabet dərman SEO Xidməti

Hicabla bağlı qanununa riayət olunmasına nəzarət etmək üçün kameralardan istifadə ediləcək

İran hakimiyyəti başlarını örtməyən, yəni hicab haqqında qanunu pozan qadınları izləmək üçün kameralardan istifadə edəcək. AYNA “Əl-Cəzirə”yə istinadən bildirir ki, İran polisinin bəyanatına görə, ağıllı sistem tezliklə istifadəyə veriləcək.

Bildirilir ki, aprelin 15-dən kameralardan istifadəyə başlanılacaq.

Qeyd edilib ki, kameralar ictimai yerlərdə və küçələrdə quraşdırılacaq və xüsusi proqram pozucuları müəyyən edəcək.

İlk dəfə başı açıq tutulanlara xəbərdarlıq ediləcək. Daha doğrusu, ölkədə müəyyən edilmiş qaydaların dəfələrlə pozulması halında qanun pozuntusuna dair sübut (foto) və sms göndəriləcək. Son xəbərdarlıqdan sonra isə əməl təkrarlanarsa, o zaman şəxs məhkəmə qarşısına çıxarılacaq.

Yeri gəlmişkən, avtomobilin sərnişini geyim tərzini pozarsa, avtomobilin sahibi belə bir xəbərdarlıq alacaq. Qaydaların təkrarlanması halında o, avtomobilini itirə bilər. Mağaza və restoranlarda başı açıq qadınlar müşahidə olunarsa, obyektlər də məsuliyyətə cəlb ediləcəklər.

Qeyd edək ki, qadının evdən kənarda başı açıq görünməsi ilə bağlı qaydalar 1979-cu il İslam inqilabından sonra qəbul edilib. O vaxtdan bəri qadınlardan saçlarını gizlətmək üçün başlarını örtmək və uzun, boş paltar geyinmək tələb olunur. Son zamanlar gənclər getdikcə bu geyim tərzinə məhəl qoymurlar.

Əvvəllər qanunu pozanları ictimai qınaq, cərimə, həbslə hədələyirdilər, lakin bir müddət əvvəl tədbirlər siyahısı genişləndirildi, indi bura yenidən təhsil kursları, səyahət qadağaları, məşğulluq məhdudiyyətləri də daxildir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş