İranda koronavirusla bağlı son durum

Dünya

30.03.2020 - 15:32

Həkimlər Klinikalar SEO Xidməti

COVID-19-a yoluxma və ölüm halları artıb

 

İran Səhiyyə Nazirliyinin rəsmiləri koronavirusla bağlı son məlumatları ictimaiyyətə açıqlayıblar. AYNA xəbər verir ki, İran Dövlət Televiziyasına açıqlama verən rəsmilər deyiblər ki, koronavirusdan həyatını itirənlərin sayı 2757 nəfərə çatıb.

 

“Ölənlərin ümumi sayı 2757-yə yüksəlib. Son 24 saat ərzində daha 117 adam dünyasını dəyişib. Virusa yoluxanların sayı isə 41495 nəfərə çatıb”, - deyə Nazirlik təmsilçiləri bildiriblər.

 

Bununla yanaşı, Səhiyyə Nazirliyi vətəndaşları küçələrə çıxmamağa çağırıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş