İranda koronavirusdan ölənlərin sayı 23 min 157 nəfərə çatıb

Dünya

13.09.2020 - 20:03

Son sutka ərzində virusdan 128 nəfər ölüb

 

İranda son sutkada 2089 nəfər koronavirusa yoluxub, 128 nəfər vəfat edib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari açıqlayıb.

 

Bununla da İranda yoluxanların ümumi sayı 402 min 29 nəfər, ölənlərin sayı isə 23 min 157 nəfərə çatıb. Müalicəsi davam edən 3791 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 346 min 242 nəfər sağalaraq evə buraxılıb.

Müəllif: Ayna.az