İranda 107 nəfər koronavirusun qurbanı olub
İranda koronavirus diplomat, parlamentin keçmiş üzvü Hüseyn Şeyxulismalımın həyatına son qoyub.
AYNA-nın “RİA Novosti”yə istinadən məlumatına görə, o, həmçinin İranın Suriyadakı keçmiş səfiri olub.
Qeyd edək ki, İranda 107 nəfər koronavirusun qurbanı olub. Virus daşıyıcılarının ümumi sayı 3513 nəfərdir.