Ukrayna təyyarəsinin səhvən vurulmasına səbəb olanların cəzalandırılması tələb olunur
İranın paytaxtı Tehranda hökumət əleyhinə aksiyalar davam edir.
AYNA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Tehran Universitetinin tələbələrinin təşkil etdiyi aksiyalarda “Boeing-737” Ukrayna təyyarəsinin səhvən vurulmasına səbəb olanların cəzalandırılması və cavabdeh şəxslərin istefası tələb olunub. Etirazlar zamanı hökumət əleyhinə şüarlar səsləndirilib.
Xatırladaq ki, yanvarın 8-də təyyarə qəzası zamanı 176 nəfər ölüb.