İranda əxlaq polisi ləğv edilib

Dünya

04.12.2022 - 18:36

Hələlik təfərrüatlar açıqlanmır

İran hakimiyyəti ölkədə uzun sürən etirazlardan sonra əxlaq polisi sistemini ləğv edib. AYNA xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı İranın baş prokuroruna istinadən məlumat yayıb.

Telekanal hələlik təfərrüat və ya prokurorun açıqlaması ilə bağlı başqa məlumat verməyib.

Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadənin bir neçə gün əvvəl verdiyi məlumata görə, iki aydan çox davam edən iğtişaşlar zamanı azı 300 nəfər həlak olub.

İranda etirazlar sentyabrın ortalarından davam başlayıb və hələ də davam etməkdədir. Buna səbəb gənc iranlı qadın Məhsa Əmininin əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra ölməsi olub.

İran hakimiyyəti Qərb ölkələrini etirazçıları dəstəkləməkdə və hökuməti devirməyə çağıran anti-İran bəyanatlarını təkrarlamaqda ittiham edir. İğtişaşçılar sistematik şəkildə təhlükəsizlik qüvvələrinin üzvlərinə - polisə, SEPAH-a, həmçinin böyük hərbi strukturlardan birinə - Bəsic üzvlərinə hücum edərək onları öldürürlər.

Rejimin qüvvələri isə etirazçılara divan tutmaqdadır. On minlərlə insan həbs edilib, yüzlərlə insan rejim qüvvələri tərəfindən öldürülüb.

Müəllif: Ayna.az