İranda etirazçıları dəstəkləyən siyasətçilər saxlanılıb

Dünya

09.02.2026 - 12:58

Həmin siyasi xadimlərin İsrail və ABŞ-ı dəstəklədiyi bildirilir

Yanvar ayında İranda etirazçıları dəstəklədiklərinə görə bir neçə siyasi xadim saxlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.

"Tehran prokuroru yanvar ayında baş verən terror hücumlarını absurd şəkildə ört-basdır etməyə çalışan və bununla da ölkənin təhlükəsizliyinə təsir göstərən siyasi və media hərəkatının üzvlərini ittiham edib", - deyə məlumatda bildirilir.

Bundan əlavə, həmin siyasi xadimlərin İsrail və ABŞ-ı dəstəklədiyi bildirilir.

Qeyd olunub ki, saxlanılanlar İran İslahat Cəbhəsinin keçmiş rəhbəri Azər Mənsuri, İranın keçmiş xarici işlər nazirinin müavini Möhsün Əminzadə, eləcə də siyasi fəal və üçüncü çağırış (1988-1992) parlament üzvü İbrahim Əsgərzadədir. Bildirilib ki, sonuncu siyasi karyerasının əvvəlində 1979-cu ildə Tehrandakı ABŞ səfirliyini ələ keçirən iranlı tələbələr qrupunun liderlərindən biri olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş