İrana qarşı yeni sanksiyalar tətbiq edilib

Dünya

21.03.2023 - 09:33

Sanksiya İranın 8 fiziki şəxsinə, hakimlər və parlament üzvlərinə qarşı tətbiq edilib

Martın 20-də Böyük Britaniya ilə yanaşı, Avropa İttifaqı (Aİ) da İrana qarşı yeni sanksiyalar tətbiq edib. AYNA xarici mediaya istinadən bildirir ki, sanksiya İranın 8 fiziki şəxsinə, hakimlər və parlament üzvlərinə qarşı tətbiq edilib.

“İranda keçirilən kütləvi aksiya iştirakçılarının ölüm hökmünə məhkum edilməsi insan hüquqlarını kobudcasına pozmaqdır. Hakimlərə və parlament üzvlərinə qarşı sanksiyalar məhz etirazçılara ölüm hökmlərinin çıxarılmasına görə tətbiq edilib”, - deyə Avropa İttifaqının yaydığı məlumatda vurğulanıb.

Müəllif: Ayna.az