İran təyyarə qəzasının səbəbini açıqladı: <font color=red> “Səhvən vurulub”</font>

Dünya

11.01.2020 - 10:44

Həkimlər Klinikalar SEO Xidməti

"Layner təsadüfən vurulub və bu qəsdən edilməyib"

 

İran “Boeing 737-800” təyyarəsinin qəzaya uğramasının səbəbini açıqlayıb.

 

AYNA xəbər verir ki, bu barədə “Associated Press” agentliyi İran hakimiyyətinə istinadən məlumat yayıb.

 

Qeyd edilir ki, layner təsadüfən vurulub və bu qəsdən edilməyib.

 

Məlumata görə, İran hakimiyyəti qəzanın səbəbini insan amili ilə əlaqələndirib.

 

Tehran yaxınlığında Ukrayna “Boeing”inin qəzasına insan səhvi səbəb olub.

 

TASS-ın məlumatına görə, bu barədə İrаnın Xаrici İşlər Nаzirliyinin başçısı Məhəmməd Cavad Zərif özünün “Twitter”dəki səhifəsində yazıb.

 

"Kədərli gün. Silahlı Qüvvələrin daxili araşdırmasının ilkin nəticələrinə əsasən ABŞ-ın avantürizmi ilə təxribat edilmiş böhran dövründə insan səhvi qəzaya gətirib çıxardı", - deyə nazir bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş