Hörmüz boğazında gəmiyə hücumla bağlı diplomata etiraz edilib
Rəsmi Seul 4 mayda Hörmüz boğazında Cənubi Koreyanın “HMM Namu” gəmisinə İran istehsalı olan iki gəmi əleyhinə raket hücumuna məruz qaldığı qənaətinə gəlməsindən sonra Cənubi Koreya Xarici İşlər Nazirliyi İranın Seuldakı səfiri Səid Kuzeçini nazirliyə çağırıb. AYNA.AZ xəbər verir ki, bu barədə Cənubi Koreyanın xarici işlər nazirinin birinci müavini Park Yun-ju “Yonhap” agentliyinə açıqlamasında deyib.
Səfir Cənubi Koreya gəmisinə hücumla bağlı kəskin etirazını bildirmək və hadisənin təkrarlanmasının qarşısını almaq üçün məsuliyyətli tədbirlərin görülməsini tələb etmək üçün çağırılıb. Nazirliyə çatdıqdan sonra səfir jurnalistlərlə danışmaqdan imtina edib.
Mətbuat konfransında Park Yun-ju qeyd edib ki, gəmiyə "Nur" raketləri ilə atəş açılıb. Bu gəmi əleyhinə kruiz raketləri İran Hərbi Dəniz Qüvvələri, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və İranpərəst qruplar tərəfindən istifadə olunur. Lakin Cənubi Koreya hökuməti dəqiq buraxılış yerini, onların operatorlarını və ya hücumun hədəfini müəyyən edə bilməyib. Müxtəlif dəlillər İrana işarə edir", - deyə Park Yun-ju əlavə edib.