“Biz amerikalıların və sionistlərin törətməkdə davam etdiyi qadın və uşaq qətllərinə tamaşaçı qalmamalıyıq”
“Dünya xalqları İsrailin cinayətlərinin miqyasına qarşı səbirlərini itirirlər”. AYNA xəbər verir ki, bu fikirlər İran Prezidenti İbrahim Rəisinin Beyrutdan yayımlanan “Al Mayadeen” telekanalındakı çıxışında qeyd olunub.
“Biz amerikalıların və sionistlərin (İsrailin) törətməkdə davam etdiyi qadın və uşaq qətllərinə tamaşaçı qalmamalıyıq”. Düşmən varlıq bəşəriyyətə qarşı cinayətlər törədir ki, bu da dünyanı iyrəndirir”, deyə İran Prezidenti dünya ölkələrini İsraillə münasibətləri normallaşdırmamağa çağırıb.
“Hərbi əməliyyatların genişlənməsi Qəzza zolağına qarşı davam edən təcavüzün təbii nəticəsi olacaq. Dünya İsrailin cinayətlərinin miqyasına qarşı səbirini itirir”, - Rəisi bildirib.
İran Prezidenti deyib: “Qərb ölkələri insan haqlarını müdafiə etdiklərini iddia edirlər, lakin bu gün onların söhbəti gülməli səslənir. Çünki bütün dünya onların sionist varlığı dəstəklədiyini bilir”.